...

Koreyada insanlar kütləvi şəkildə küçələrə axışıb

Dünya xəbərləri Materials 1 Mart 2025 17:45 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Cənubi Koreyanın paytaxtı Seulda ölkənin prezidenti Yun Sok Yolun impiçmentinə qarşı kütləvi nümayiş və paralel olaraq dövlət başçısı əleyhinə etiraz aksiyası keçirilir.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, Seulun mərkəzində yerləşən Kvanhvamun meydanında mühafizəkarlar və dini təşkilatların Sok Yola dəstək aksiyasına toplaşıb.

Nümayişə xristian vaiz Çon Qvan Hun başçılıq edir. Polisin ilkin hesablamalarına görə, aksiyaya 60 minə yaxın insan qatılıb.

Paralel olaraq mühafizəkarların Yoiodo rayonunda təşkil etdiyi analoji aksiyada isə 28 min nəfər bir araya gəlib.

Bu gün həm də Seulda Konstitusiya məhkəməsinin yaxınlığında yerləşən ərazidə əks mövqedə olan və prezident Yun Sok Yolun hakimiyyətdən kənarlaşdırılmasını tələb edən etirazçıların kütləvi aksiyası keçirilir. Aksiyaya yaxın zamanda beş müxalifət partiyası, o cümlədən, “Toburo” demokratik partiyasının qoşulacağı bildirilir. Bu baxımdan, nümayişin daha kütləvi keçəcəyi, 100 minə yaxın insanın qatılacağı gözlənilir.

Qeyd edək ki, Yun Sok Yol yanvarın 15-də saxlanılıb, məhkəmə isə yanvarın 19-da onun barəsində həbs qətimkan tədbiri seçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti