Bakı. Trend:
İranın şimalında yerləşən Mazandaran vilayətinin Noşəhr rayonunda yüngül mühərrikli təlim-əyləncə təyyarəsi qəzaya uğrayıb.
Trend-in məlumatına görə, bunu İranın Mazandaran vilayəti təcili yardım idarəsinin sözçüsü Zəkəriyya Əşkpur deyib.
Onun sözlərinə görə, hadisə nəticəsində təyyarə Çalus çayına düşüb.
Təyyarənin iki sərnişini xəsarət alıb və müalicə məqsədilə xəstəxanaya köçürülüblər.
Faktla bağlı araşdırma aparılır.