Bakı. Trend:
Altı nəfər Filippinlərdəki Talinis vulkanına yürüş edərkən itkin düşüb.
Trend xəbər verir ki, səyyahların gecələmək üçün ehtiyatları olmayıb və onların son dayanacağı Balinsasayao və Danao gölləri ola bilər.
Xilasetmə işçiləri artıq itkin düşənlərin izlərini və marşrutun əvvəlində qoyduqları motosikletləri aşkar ediblər.
Turistlərdən biri Rusiya vətəndaşı, üçü alman, biri ingilis və biri kanadalıdır. Regionda aktiv axtarış-xilasetmə işləri davam edir.
Qeyd edək ki, Talinis vulkanı məşhur turistik məkanlardan biridir və dağın hündürlüyü dəniz səviyyəsindən təxminən 1,9 min metrə çatır.