Bakı. Trend:
ABŞ Ticarət Nazirliyi gün ərzində 1000 ədəd "qızıl" kartı satıb. Bu, xarici investorlar üçün ölkədə daimi yaşamanın yeni formasıdır.
Trend-in məlumatına görə, bu barədə ticarət naziri Hovard Latnik cümə günü "All-In" podkastına müsahibəsində deyib.
"eri gəlmişkən, dünən (cümə axşamı) mən [bu kartların] 1 mini satdım", - deyə nazir bildirib.
Bir “qızıl kartın” qiyməti 5 milyon dollar təşkil edir. Beləliklə, Ticarət Nazirliyi 5 milyard dollar qazana bilib.