Bakı. Trend:
AFFA-nın keçmiş baş katibi və tanınmış futbol veteranı Çingiz İsmayılov vəfat edib.
Trend xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkələrdə məlumat paylaşıb.
Çingiz İsmayılov aprelin 12-də 90 yaşını qeyd edəcəkdi. O, pnevmoniya səbəbindən xəstəxanaya yerləşdirilmişdi.
Qeyd edək ki, Çingiz İsmayılov 1955-1962-ci illərdə "Neftçi" futbol klubunun şərəfini qoruyub. Bundan əlavə, Bakının və Gəncənin "Dinamo" komandalarında, həmçinin "Neft daşları" komandasında oynayıb. O, daha sonra **"Neftçi"**nin rəisi və AFFA-nın baş katibi olub. Çingiz İsmayılov həmçinin televiziyada futbol şərhçisi kimi də fəaliyyət göstərib. 2022-ci ilin dekabrında isə 89 yaşlı veteran futbolçu "Tərəqqi" medalı ilə təltif olunub