Bakı. Trend:
Astananın Yeşil rayonundakı çoxmərtəbəli binalardan birinin elektrik panelində yanğın baş verib.
Trend Qazaxıstanın Fövqəladə Hallar Nazirliyinin məlumatına əsasən xəbər verir ki, hadisə ikinci və dördüncü mərtəbələr arasında qeydə alınıb.
Yanğın zamanı xilasedicilər 60 nəfəri təxliyə edib. Onlardan 13-ü (6-sı uşaq olmaqla) tüstü basmış ərazidən nərdivan vasitəsilə çıxarılıb, daha 45 nəfər (12-si uşaq) pilləkən qəfəsi ilə təhlükəsiz yerə aparılıb.
Yanğın tam söndürülüb, səbəbləri araşdırılır. Fövqəladə Hallar Nazirliyi vətəndaşları yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə çağırıb.