...

Papa Fransisk 38 günlük müalicədən sonra xəstəxananı tərk etdi

Dünya xəbərləri Materials 24 Mart 2025 07:18 (UTC +04:00)
Papa Fransisk 38 günlük müalicədən sonra xəstəxananı tərk etdi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Katolik dünyasının lideri Papa Fransisk bazar günü günortadan sonra 38 gündür qaldığı Agostino Gemelli Xəstəxanasını tərk edib.

Trend “Euronews”a istinadən xəbər verir ki, pontifik xəstəxanadan çıxmazdan əvvəl onuncu mərtəbədəki eyvanda əlil arabasında əyləşərək binanın qarşısına toplaşan inanclılara xeyir-dua verib. Bu, onun beş həftəlik fasilədən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxışı olub.

Roma Papasının üzündə şişkinlik müşahidə edilib və o, möminlərə yalnız bir neçə söz deyib: “Mən sarı çiçəkli bir qadın görürəm. Əhsən!”.

Xəstəxanadan çıxan pontifik müalicəsini davam etdirəcəyi iqamətgahına yollanıb. Həkimlər ona iki ay istirahət etməyi və ictimai fəaliyyətini məhdudlaşdırmağı tövsiyə ediblər. Onların fikrincə, Papa insanların sıx toplaşdığı yerlərə baş çəkməməli və həddindən artıq yorulmamalıdır.

Xəbər lenti

Xəbər lenti