Bakı. Trend:
Təxribatlarla vətəndaşlarımızın dincliyini pozmağa son verin.
Trend-in məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Nazirlər Kabinetinin iclasından sonra keçirilən brifinqdə deyib.
Çıxışında müxalifətə müraciət edən Türkiyə prezidenti bildirib: "Əgər cəsarət edirsinizsə, korrupsiyanın, oğurluğun, rüşvətin hesabını verin".
"Artıq insanların əsəbləri ilə oynamayın. Təkcə şüarlarını deyil, mentalitetini də götürdüyünüz marjinal solçu təşkilatları bizim polisin üstünə çıxarmayın", - deyə R.T.Ərdoğan əlavə edib.