...

Bu ölkə Cənubi Koreyadan 2 milyard dollarlıq artilleriya sistemi alır

Dünya xəbərləri Materials 29 Yanvar 2026 16:59 (UTC +04:00)
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Norveç Rusiyaya qarşı çəkindirməni gücləndirmək məqsədilə Cənubi Koreyanın Hanwha Aerospace şirkətindən 2 milyard dollar dəyərində uzunmənzilli artilleriya sistemləri və raketlər sifariş edib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Müdafiə Nazirliyinin məlumatına görə, ümumi dəyəri 19 milyard Norveç kronu olan razılaşma çərçivəsində Norveç 16 buraxılış qurğusu və açıqlanmayan sayda raket alacaq. Çatdırılma 2028–2031-ci illər arasında mərhələli şəkildə həyata keçiriləcək.

Hanwha-nın Chunmoo sistemi ABŞ-nin Lockheed Martin şirkətinin HIMARS sistemi ilə rəqabətdə üstün gəlib. Rəsmilər bildiriblər ki, Cənubi Koreya sistemi 500 kilometrədək məsafəyə atəş açmaq imkanına malikdir və ən sürətli çatdırılma təklifini təqdim edib.

Qeyd edək ki, Norveç Arktikada Rusiya ilə sərhədi paylaşır və Ukraynadakı müharibənin fonunda uzunmənzilli artilleriyanın müasir müharibədə həlledici rol oynadığını göstərdiyini vurğulayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti