...

İyunun 4-də Ermənistan prezidenti ikigünlük işgüzar səfərlə Rumıniyaya yola düşəcək

Dünya xəbərləri Materials 2 İyun 2006 16:22 (UTC +04:00)

İyunun 4-də Ermənistan prezidenti Robert Koçaryan Qara dəniz Dialoq və Tərəfdaşlıq Forumunda iştirak etmək üçün ikigünlük işgüzar səfərlə Rumıniyaya yola düşəcək.

Trend in "ARKA"-ya istinadən xəbər verdiyi kimi, bu barədə Ermənistan prezidentinin mətbuat xidmətindən məlumat verilib. Səfər çərçivəsində R.Koçaryan Rumıniya prezidenti Trayan Basesku ilə görüşəcək. Bundan başqa digər ikitərəfli görüşlər də planlaşdırılıb.

Eyni zamanda Rumıniya paytaxtında Azərbaycan və Ermənistan prezidentlərinin də görüşü keçiriləcək. Görüşün hər iki ölkənin XİN başçıları, ATƏT-in fəaliyyətdə olan sədri, Belçika xarici işlər naziri Karel de Quxt, ATƏT-in Minsk Qrupu həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Ancey Kasprşikin iştirakı ilə başlayacağı nəzərdə tutulur. Daha sonra prezidentlər danışıqları təklikdə davam etdirəcəklər.

Forumun keçirilməsi təşəbbüsünü irəli sürmüş Rumıniya tərəfi regional dialoqa Qara dəniz regionu ölkələrinin iqtisadi inkişafına əlverişli şərait yarada və birləşmiş Avropada bu dövlətlərin mövqeyinin möhkəmlənməsinə imkan verə bilən sabitliyin təminatının mühüm amili kimi baxır.

Forumda Ermənistan prezidentinin çıxışı planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti