...

Gürcüstan parlamenti orduda xidmətdən illik möhlətə görə ödənişi artırır

Dünya xəbərləri Materials 12 İyun 2006 18:05 (UTC +04:00)

Gürcüstan parlamenti orduda xidmətdən illik möhlətə görə ödənişin artırılması məsələsinin müzakirəsinə başlayacaq. İndi bu, gürcü çağırışçılarına 1500 lariyə başa gələcək.

Trend in Praym-Nyusa istinadən verdiyi xəbərə görə, Gürcüstan höküməti tərəfindən təqdim olunmuş müvafiq qiyməti və onun ətrafındakı vəziyyəti bu gün ölkə parlamenti müzakirə edəcək. Əvvəllər, Mixail Saakaşvilinin hakimiyyətə gəlişindən sonra illik möhləti cəmi 200 lariyə almaq olardı.

Parlament bu gün Gürcüstan silahlı qüvvələrinin birləşmiş silahlı qüvvələr qərargahına dəyişdirilməsi barədə hökümətin qərarını müzakirə edəcək. Birləşmiş qərargah silahlı qüvvələrin bütün bölmələri ilə vahid effektiv idarə sisteminin tətbiq edilməsinə və onların döyüş bacarığının yüksəldilməsinə yardım edəcək.

Xəbər lenti

Xəbər lenti