Türkiyə prezidenti Əhməd Necdət Sezer iyunun 28-30-da Rusiyaya rəsmi səfər edəcək. Bu barədə Rusiya prezidentinin mətbuat xidməti xəbər verib və qeyd edib ki, səfər Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə baş tutacaq. Sezerin Moskva səfəri Putinin 2004-cü ilin 5-6 dekabrındakı Türkiyə səfərinə cavabdır. Bu barədə Trend REGNUM-a istinadən xəbər verib.