...

Gürcüstan gürcü-osetin münaqişə zonasının üzərində hərbi aviasiya uçuşlarının sayını artırıb

Dünya xəbərləri Materials 24 İyul 2006 17:21 (UTC +04:00)

Gürcü hərbi aviasiyası gürcü-osetin münaqişə zonasının üzərində qanunsuz uçuşların sayını kəskin şəkildə artırıb. Bu barədə "İnterfaks-AVN"- ə bölgədə sülhün qorunması üzrə Qarışıq qüvvələr komandanının köməkçisi Vladimir İvanov bazar ertəsi telefonla bildirib.

O qeyd edib ki, bazar günü səhər Rusiya sülhməramlı batalyonunun "Eredvi" və "Pauk" müşahidə postları iki-üç təyyarədən ibarət dəstələrlə kiçik vaxt intervalı ilə cənub-şərq istiqamətindən Cava kəndinə 3-3,5 min metr hündürlükdən hərbi təyyarələrin uçuşunu qeyd edib. Axşam isə Şimali osetin batalyonunun "Snelisi" müşahidə postu şimal-qərbdən cənub şərqə 1 min metr hündürlükdən üç vertolyotun uçuşunu qeyd edib.

Xəbər lenti

Xəbər lenti