Təsiri Qazaxıstanın cənubunda duyulmuş zəlzələnin episentrində təkanların gücü 5 bal olub. Bu barədə agentliyin müxbirinə Qırğızıstanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən xəbər veriblər.
"Yeraltı təkan saat 17.48-də qeydə alınıb. Episentr Qırğızıstanın Toktoqul şəhərindən 30 km cənub-qərb istiqamətində Ferqan dağ silsiləsində olub. Episentrdə təkanın gücü 5 bal təşkil edib", - deyə mətbuat xidmətindən xəbər veriblər. İlkin məlumatlara görə, tələfat və dağıntı yoxdur.
Trend in xəbər verdiyi kimi, idarənin məlumatına görə, zəlzələ Karakul şəhərində 4-5 bal, Toktoqul şəhərində 3-4 bal, həmçinin Taşkumır şəhərində 3 bal gücündə hiss edilib.
Əvvəllər xəbər verildiyi kimi, Taraz sakinləri iki bal gücündə yeraltı təkan hiss ediblər.