...

Qazaxıstan baş nazirinin sədrliyilə Moynak HES-in tikintisi üzrə növbəti müşavirə keçirilib

Dünya xəbərləri Materials 3 Avqust 2006 19:05 (UTC +04:00)

Qazaxıstanın baş naziri Danial Axmetovun sədrliyi ilə avqustun 3-də Moynak HES-in tikintisi üzrə növbəti müşavirə keçirilib.

Müşavirədə iştirak etmiş çin inşaatçıları obyektin tikintisinə maraq göstərəib və öz təkliflərini baş nazirə təqdim edib.

Trend in xüsusi müxbiri Qazaxıstan Nazirlər Kabinetinə istinadən yazır ki, Monak HES-in tikintisi üzrə çin konsorsiumu yaradılıb ki, bura Hidro-Elektrik Xarici Korporasiya, Geo-Mühəndis Korporasiyası və Layihə İnstitutu daxildir.

Çin inşaatçılarının sözlərinə görə, onlar bu ay tikintiyə başlayıb onu 2009-cu ildə başa çatdırmağa hazırdılar.

Təklifləri dinləyən hökumət başçısı çinlilərin Qazaxstandakı digər obyektlərdə həyata keçirdiyi tikinti işlərinin yüksək keyfiyyətindən bəhs edib. D.Axmetov Energetika və Mineral Ehtiyatlar Nazirliyinə Qazaxıstanın "KazKuat" şirkətilə çin tərəfdaşları arasındakı müqavilənin üzərində aparılan işləri davam etdirməyi tapşırıb. Baş nazir tikintinin keyfiyyətinə nəzarət edəcək mütəxəssislərin xaricdən cəlb olunması vacibliyini də qeyd edib. "KazKuat və Moynak HES sərt nəzarəti təmin etməlidir" - deyə hökumət başçısı vurğulayıb.

Xəbər lenti

Xəbər lenti