...

XİN: Qazaxıstan Somaliyə hərbi yüklər göndərməyib

Dünya xəbərləri Materials 7 Avqust 2006 16:28 (UTC +04:00)

Qazaxıstan Somaliyə silah göndərməyib. Bu barədə Trend in Astanadakı müxbirinin yaydığı məlumata əsasən, Qazaxıstanın Xarici İşlər Nazirliyindən bir sıra KİV-lərin Maqadişo (Somali) hava limanına İL-76 təyyarələrilə hərbi yüklərin qanunsuz göndərilməsi haqqında yaydığı məlumatın şərh edilməsi zamanı bildirib.

"Qazaxıstan beynəlxalq müstvəidə bütün öhdəliklərinə, o cümlədən Somaliyə bütün növ hərbi silah və avadanlığın göndərilməsinin qadağan olunması haqqında BMT-nin 1992-ci il tarixli 733 və 755 saylı qətnamələrinə riayət edir" - deyə XİN-dən qeyd ediblər.

Xəbər lenti

Xəbər lenti