...

Gürcüstan-Osetiya münaqişəsinin nizamlanması üzrə Qarışıq Nəzarət Komissiyasının növbəti iclası Moskvada keçiriləcək

Dünya xəbərləri Materials 11 Avqust 2006 21:01 (UTC +04:00)

Gürcüstan-Osetiya münaqişəsinin nizamlanması üzrə Qarışıq Nəzarət Komissiyasının növbəti iclası avqustun 17-dən 18-dək Moskvada keçiriləcək.

Trend "Novosti-Qruziya"ya istinadən xəbər verir ki, qarşıdakı iclasın gündəliyi hələlik açıqlanmır, lakin ehtimal olunur ki, iclasda münaqişə zonasının iqtisadi cəhətdən reabilitasiyası və münaqişənin nizamlanması üzrə fəaliyyət planını hazırlayacaq birgə işçi qrupunun işə başlaması müzakirə olunacaq.

Komissiyanın sön iclası mayın 11-dən 12-dək Sxinvalidə keçirilib. İyunun 22-də isə Sxinvalidə komissiyanın həmsədrlərinin iclası təşkil olunub. Qarışıq Nəzarət Komissiyasının iyulun 17-dən 18-dək keçirilməsi nəzərdə tutulan iclası Cənubi Osetiya nümayəndə heyətinin Tbilisiyə gəlməkdən imtina etməsilə bağlı baş tutmadı. Onlar bəyan etdilər ki, Sxinvaliadakı terror aktı və komissiyanın Rusiyadan olan həmsədri Yuri Popovun Qorn yaxınlığında saxlanılması Osetiya rəhbərliyini görüşdə iştirak haqqında qərarını dəyişməyə vadar edib.

Xəbər lenti

Xəbər lenti