...

Qazaxıstan "TengizŞevroil"lə müqavilənin yenidən baxılması ehtmalını nəzərdən keçirir

Dünya xəbərləri Materials 18 Avqust 2006 14:04 (UTC +04:00)

Qazaxıstanın Ətraf Mühitin Mühafizəsi Nazirliyi ekoloji qanunvericiliyə riayət olunmanın sərtləşdirilməsi üzrə "TengizŞevroil" konsorsiumu ilə ("Tengiz" yatağında işləyən - operator Amerikanın ChevronTexaco şirkətidir) müqavilənin yenidən baxılmasında təkid edir. Trend in Astanadakı xüsusi müxbiri xəbər verir ki, bu barədə ətraf mühitin mühafizəsi naziri Nurlan İskakov bildirib.

"Nazirliyimiz xarici şirkətlərlə müqavilə şərtlərinin icrasına görə cavab verən Energetika və Mineral Ehtiyatlar Nazirliyinə milli qanunvericiliyə riayət olunmanın sərtləşdirilməsi üzrə TŞO ilə müqaviləyə yenidən baxılmanın zəruri olması haqqında məktub göndərib", - deyə Nurlan İskakov bildirib.

"Əgər müəssisə respublikanın ekoloji qanunvericiliyini pozmaqda davam edirsə, hər il onu cərimələməyin nə mənası var", - deyə o əlavə edib.

Nazirin sözlərinə görə, TŞO-nun işlədiyi yatağın ərazisində artıq təxminən 10 mln. ton kükürd yığılıb. Şirkətin ildə 1,6 mln. tonun anbara yığılması üçün icazə almasına baxmayaraq, bu həcmdən yalnız 400 min ton emal olunur.

Xəbər lenti

Xəbər lenti