...

Siqnal minasının partlayışı gürcü-osetin münaqişəsi zonasında atışmaya səbəb olub

Dünya xəbərləri Materials 11 Sentyabr 2006 16:25 (UTC +04:00)

Siqnal minasının partlayışı bazar günü sentyabrın 10-da gürcü-osetin münaqişəsi zonasında atışmaya səbəb olub, itki yoxdur. Gürcü-osetin münaqişəsi zonasında Sülhün saxlanması üzrə Qarışıq qüvvələr (SSQQ) komandanının KİV-lə iş üzrə köməkçisi V.İvanov jurnalistlərə məlumat verib ki, sentyabrın 9-dan 10-na keçən gecə "1.45 -2.05 radələrində Sxinvali şəhərinin cənubunda üç-beş dəqiqəlik fasilələrlə avtomat silahdan atəş açılıb".

Məlumatda qeyd olunub ki, "hadisə yerinə SSQQ-nin hərbi müşahidəçilər qrupu və ATƏT-in missiya monitorinqinin zabitləri gəlib".

"Cənubi Osetiya DİN-in postlarında və Gürcüstan polisində aparılan sorğu zamanı aydın olub ki, tərəflər arasında atışmanın başlanmasının ehtimal olunan səbəbi Liaxvi çayının sahilində siqnal minasının işə düşməsidir. İtki və zərər çəkən yoxdur". Bu barədə Trend Kavkaz-pressə istinadən xəbər verir.

Xəbər lenti

Xəbər lenti