...

Ukraynanın baş naziri əmindir ki, nə parlament, nə də hökumət "Krivorojstal"ın yenidən özəlləşdirilməsi məsələsinə baxmayacaq

Dünya xəbərləri Materials 12 Sentyabr 2006 13:02 (UTC +04:00)

Ukraynanın baş naziri Viktor Yanukoviç əmindir ki, nə parlament, nə də hökumət "Krivorojstal"ın yenidən özəlləşdirilməsi məsələsinə baxmayacaq. Trend in Ukraynadakı xüsusi müxbirinin xəbər verdiyi kimi, bu barədə o, sentyabrın 12-də Kiyevdə bildirib.

"Hökumət belə məsələlərə müdaxilə etməyəcək", - deyə baş nazir qeyd edib.

"Krivorojstal"a gəlincə, V.Yanukoviç bildirib ki, o, həmişə bu müəssisənin özəlləşdirilməsinə qarşı olub. Çünki dövlət demək olar ki, özünü "metallurgiya sahəsində çox ciddi müəssisədən məhrum edib", pullar isə 2005-2006-cı illər ərzində xərclənib.

Baş nazir bir daha sərmayədarlara müraciət edib və onları inandırıb ki, hökumət heç vaxt yenidən özəlləşdirmə məsələsinə inzibati yolla müdaxilə etməyəcək.

Digər tərəfdən, V.Yanukoviç qeyd edib ki, Nazirlər Kabineti əvvəlki hökumətin üzərində işləməyə başladığı, çox ucuz əldə olunmuş müəssisələrin dəyərinin ödənilməsinə dair sazişlərlə bağlı işi başa çatdırmağa hazırdır.

Mittal Steel Germany GmbH şirkəti (Almaniya) 2005-ci il oktyabrın sonunda "Krivorojstal" ASC-nin səhmlər paketinin 93,02%-ni alıb. Oktyabrın 28-də Ukraynanın Dövlət Əmlak Fondu və Mittal Steel Germany GMBH alqı-satqı müqaviləsi imzalayıb.

"Mittal Stol Krivoy Roq" Ukraynada metal məhsullarının ən iri istehsalçısıdır. Müəssisə polad, hazır prokat, çuqun, aqlomerat və digər növ metal məhsullarının istehsalı üzrə ixtisaslaşıb.

Xəbər lenti

Xəbər lenti