...

Gürcüstanın baş naziri "Standard & Poor's" reytinqinin aşağı düşməsinə baxmayaraq, iqtisadi islahatlardan razıdır

Dünya xəbərləri Materials 22 Noyabr 2006 15:32 (UTC +04:00)

Gürcüstanın baş naziri Zurab Noqaideli ölkənin iqtisadi inkişafı sahəsində baş verən islahatların uğurlu olduğunu bildirib və bunu "Standard & Poor's" agentliyinin rəyi də təsdiq edir.

Trend in Tbilisidəki xüsusi müxbiri xəbər verir ki, dünən dərc olunmuş rəyə əsasən, Gürcüstan mövqeyini dəyişib və "müsbət" reytinqdən "sabit" reytinqə keçib. Bu, Gürcüstanın səviyyə və reytinqinin aşağı düşməsidir.

Lakin Noqaideli bu gün hökümətin toplantısında bildirib ki, reytinqin cüzi azalması Rusiyanın coğrafi-siyasi riskləri və sanksiyaları fonunda baş verib.

"Gürcüstan B+ kredit reytinqini qoruyub saxlaya bilib və bu, ondan xəbər verir ki, bizim 2003-cü ilin sonunda başladığımız islahatlar uğurlu olub və gürcü iqtisadiyyatı xarici risklərə hazırdır", - deyə o bildirib. Baş nazir ümidvar olduğunu bildirib ki, islahatların uğurla həyata keçirilməsi 2007-ci ildə də davam edəcək.

Xəbər lenti

Xəbər lenti