...

RF XİN başçısı Braziliyaya səfər edib

Dünya xəbərləri Materials 14 Dekabr 2006 11:20 (UTC +04:00)

Rusiya xarici işlər naziri Sergey Lavrov Braziliyaya yola düşüb.

"RİA Novosti" agentliyinə istinadən Trend xəbər verir ki, səfər çərçivəsində S.Lavrov Braziliya prezidenti Luis İnasiu Lula, Braziliyanın xarici işlər naziri Selsu Amorimlə görüşəcək, "Rio Branko" institutunda çıxış edəcək.

İki günlük səfəri zamanı S.Lavrov həmçinin Cənubi Amerika ümumi bazarının (MERKOSUR) iştirakçı-dövlətlərinin xarici işlər nazirləri ilə də görüşəcək.

Eyni zamanda, RF və MERKOSUR iştirakçı-dövlətləri arasında siyasi dialoq mexanizminin yaradılması ilə bağlı qarşılıqlı anlaşma haqqında memorandum imzalanacaq.

MERKOSUR iştirakçıları - Argentina, Braziliya, Venesuela, Paraqvay dövlətləridir.

Xəbər lenti

Xəbər lenti