...

KXDR-in qarşısında ABŞ və Yaponiya ilə münasibətlərinin normallaşdırılması məsələsi qoyulacaq

Dünya xəbərləri Materials 31 Yanvar 2007 15:06 (UTC +04:00)

8 fevrala təyin olunmuş Şimali Koreya üzrə altıtərəfli danışıqların növbəti mərhələsində Koreya Xalq Demokratik Respublikasının qarşısında ABŞ və Yaponiya ilə münasibətlərinin normallaşdırılması, həmçinin Cənub-Şərqi Asiya dövlətlərinin təhlükəsizlik sisteminin yaradılması məsələləri qoyulacaq. "Kiodo tsusin" agentliyinin məlumatına əsasən, bu barədə çərşənbə günü Cənubi Koreyanın xarici işlər və xarici ticarət naziri Son Min Sun bəyan edib.

"Bu istinad nöqtələrindən yaranan razılaşmalar danışıqların növbəti mərhələsinin əsas müzakirə mövzusu olacaq" - Koreya naziri qeyd edib. "RİA-novosti"yə istinadən Trend məlumat verir ki, Son Min Sun danışıqlar prosesinin iştirakçıları KXDR-dan yalnız nüvə obyektlərini dondurmasını deyil, gələcək nüvə proqramının reallaşdırılmasından tamamilə imtina etməsi tələb olunacağını bildirib.

Bununla yanaşı, o, bu sahədə Şimali Koreya məsələsinin aradan qaldırılması üzrə növbəti mərhələnin gündəliyinə daxil olan məsələlər in səndələrlə qeyd olunacağını vurğulayıb.

Çərşənbə günü Pekində Şimali Koreyadan maliyyə sanksiyalarının götürülməsi məsələsi üzrə ABŞ və KXDR arasında ikitərəfli danışıqlar davam edəcək. Pxenyan Rusiya, ABŞ, Çin, Yaponiya, Cənubi Koreya və KXDR-nın iştirak etdiyi bu danışıqları altıtərəfli danışıqların əsas şərti kimi qəbul edir.

Xəbər lenti

Xəbər lenti