...

"Altılıq" KXDR-də reaktorun taleyi haqqında razılığa gəliblər

Dünya xəbərləri Materials 10 Fevral 2007 12:02 (UTC +04:00)

KXDR-in nüvə tərk-silah edilməsinin birinci mərhələsində Pxenyanın onun köməyilə plutonium istehsal etdiyi reaktorun taleyi Pekində altıtərəfli danışıqların iştirakçılarının mübahisə predmeti deyil.

Bu barədə jurnalistlərə ABŞ nümayəndə heyətinin başçısı Kristofer Hill həmçinin Rusiya, Çin, Yaponiya və iki Koreya dövlətinin diplomatlarının iştirak etdiyi görüşün üçüncü gününün əvvəlində bildirib. Bu barədə Trend www.rian.ru saytına istinadən xəbər verir.

Jurnalistlərin Yonbendəki beş meqavattlıq reaktorun mübahisəli məsələlər sırasında qalması barədə sualına Hill belə cavab verib: "Bu, belə deyil. Mən ancaq bunu deyə bilərəm".

Bir gün əvvəl ABŞ nümayəndə heyəti jurnalistlərə bildirib ki, "altılıq" iştirakçıları əsasən bir-iki mübahisəli məqam istisna olmaqla KXDR-in nüvə tərk-silah edilməsinin ilkin mərhələsinin tədbirləri haqqında razılığa gəliblər.

Qeyri-rəsmi məlumata görə, nəzərdən keçirilən plan layihəsinə Pxenyana alternativ enerji mənbələrinin tədarükünün başlanmasının əvəzinə atom enerjisi üzrə Beynəlxalq agentliyin nəzarəti altında Yonbendə nüvə reaktorunun dayandırılması daxildir.

Xəbər lenti

Xəbər lenti