...

Aprelin 3-də Yaponiyanın xarici işlər naziri Rusiyaya səfər edəcək

Dünya xəbərləri Materials 3 Mart 2007 11:31 (UTC +04:00)

Yaponiyanın xarici işlər naziri Taro Asonun Rusiyaya səfəri aprelin 3-də başlayacaq. Bu barədə şənbə günü "Senkey simbun" qəzeti RİA Novosti - yə istinadən xəbər verib.

Səfər barədə razılıq bu həftə RF baş naziri Mixail Fradkov və onun yaponiyalı həmkarı Sindzo Abe ilə görüşdə əldə edilib. Xarici işlər naziri Asonun RF XİN rəhbəri Sergey Lavrov və digər rəsmi şəxslərələ görüşəcəyi gözlənilir.

Səfər çərçivəsində energetika, yükdaşıma, rabitə və tərəfələrin strateji maraqlarına xidmət edə biləcək digər sahələrdə əməkdaşlıq imkanları müzakirə olunacaq.

Yaponiya tərəfi həmçinin ərazi məsələlərini də müzakirə etəmək niyyətindədir.

Xəbər lenti

Xəbər lenti