...

Rustavinin "Azot" kimya kombinatı istehsalı iki dəfə artırıb

Dünya xəbərləri Materials 5 Aprel 2007 13:24 (UTC +04:00)

Gürcüstan,Tifilis/müxbir Trend N.Kirtsxalia/Rustavinin "Azot" kimya kombinatı məhsul istehsalını iki dəfə artırıb. İstehsal həcmi əvvəl ildə 250-300 ton təşkil edib. Gürcüsatının İqtisadiyyat Nazirliyindən Trend in Tiflisdəki xüsusi müxbirinə verilən məlumata əsasən, bu barədə Gürcüstanın kənd təsərrüfatı naziri Petre Tsiskarişvili 4 aprel 2007-ci il tarixində iqtisadi inkişaf naziri Georgi Arveladze ilə birgə Rustavidəki kimya kombinatına baxışdan sonra bəyan edib.

"Kənd təsərrüfatında ildə 45-55 ton istifadə olunur, yenidən qurulmuş müəssisənin istehsal həcmi təqribən yarım milyon ton təşkil edir", deyə Petre Tsiskarişvili bəyan edib.

"Biz, istehsalı artıran vasitələr - yeni dəzgah, aqreqatlara baxış keçirmişik. Təqribən yarım il ərzində təxminən 20 000 000 dollar həcmində investisiya həyata keçirilib. Təbii ki, gələcək investisiyalar da planlaşdırılıb", deyə Gürcüsatının iqtisadi inkişaf naziri Georgi Arveladze bəyan edib.

"Rustavi-2" teleşirkətinin məlumatına əsasən, müəssisə tərəfindən istehsal olunan 90% gübrə xaricdə, o cümlədən ABŞ, Fransa, Türkiyə, Azərbaycan, Ermənistan, Ukrayna və Rusiyada realizə olunur.

Kimya kombinatının 90% səhminə sahib orlan "Enerji-İnvest" ("Vneştorqbank"-ın törəmə müəssisəsi) satış zamanı ona münasibətdə müflislik haqqında qanun qüvvədə olarkən 2005-ci ilin sonunda "Azot" SC-nin aktivlərinə daxil olub. "Enerji-İnvest" şirkəti müəssisə aktivlərinə 20 000 000 dollar ödəməyə, bundan başqa yaxın iki il ərzində istehsala 18 000 000 dollar investisiya qoymağa öhdəlik götürüb. Şirkət həmçinin iş yerlərinin sayını saxlamaq və yaxın üç il müddətində işçilərin maaşını 10% artırmaqla bağlı öhdəlik götürüb.

Gürcüstan prezidenti Mixail Saakaşvili öncə "Enerji-İnvest"in işini "Gürcüstan-Rusiya əməkdaşlığının ən uğurlu mobeli", həmçinin ən uğurlu investisiya modeli adlandırıb.

Xəbər lenti

Xəbər lenti