...

Dünyada məşhur Aleksandriysk kitabxanası və Gürcüstan Əlyazmalar İnstitutu əməkdaşlığa başlayır

Dünya xəbərləri Materials 5 Aprel 2007 18:26 (UTC +04:00)

Gürcüstan, Tiflis / müxbir. Trend N.Kirtsxalia/ Dünyada məşhur olan böyük Aleksandriysk kitabxanası və Gürcüstan Əlyazmalar İnstitutu əməkdaşlığa başlayırlar. İnstitutdan Trend in Tiflisdəki xüsusi müxbirinə verilən məlumata görə, Gürcüstanın Misirdəki səfiri Qiorqi Cancqava Misirin mədəniyyət nazirinin birinci müavini Ənvər İbrahimlə görüşüb. Görüş barədə fikir hələ 2006-cı ildə Əlyazmalar İnstitutu rəhbərlərindən Korneliya Kekelidze və "Çveneburebi" proqramının çəkiliş heyəti Misirə səfər edən zaman yaranıb.

Səfir və nazirin görüşündə tədqiqat və araşdırma səhəsində əməkdaşlıq barədə razılıq qəbul edilib. Misir birgə işləməyə, klassik və müasir yazıçıların toplularının ərəb dilinə tərcümə edilməsinə hazırdır.

Xəbər lenti

Xəbər lenti