...

Baş nazir Ukrayna prezidentinə impiçment prosedurunun başlanılacağını istisna etmir

Dünya xəbərləri Materials 17 Aprel 2007 17:07 (UTC +04:00)

Ukrayna, Kiyev /müx. Trend Z.Novosvitski/ Ukraynanın baş naziri Viktor Yanukoviç hesab edir ki,ölkə başçısının parlamentin buraxılması ilə bağlı qərarının antikonstitusion mahiyyəti təsdiqlənsə, Viktor Yuşşenkoya qarşı impiçment proseduru başlanıla bilər. Bu sözləri o, bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının nümayəndələri ilə görüşündən sonra jurnalistlərin suallarını cavablandırarkən söyləyib. "Əgər Konstitusiya Məhkəməsinin qərarını gözləsək və o, prezidentin sərəncamının xeyrinə olmasa, bu, şübhəsiz ki, Yuşşenko üçün neqativ nəticələr verəcək. Onlardan biri impiçment üçün əsas ola bilər" - deyə baş nazir bildirib.

Yanukoviç həmçinin bəyan edib ki, Konstitusiya Məhkəməsinin istənilən qərarını tanıyacaq. O ümidvar olduğunu bildirib ki, prezidentin sərəncamı ilə bağlı başlayan məhkəmə yaxın zamanlarda qərar qəbul edəcək.

Hakimlərə qarşı mümkün təzyiqlərə gəlincə, Ukrayna baş naziri qeyd edib ki, Konstitusiya Məhkəməsinin hakimlərinə qarşqı istənilən təzyiq demokratiyanın prinsiplərinə ziddir.

Xəbər lenti

Xəbər lenti