...

Ukrayna prezidenti özünün və ailə üzvlərinin ünvanına daim hədələr səsləndirildiyini bildirir

Dünya xəbərləri Materials 23 May 2007 16:40 (UTC +04:00)

Ukrayna,Kiyev/müxbir Trend Z.Novosvitski/Ukrayna prezidenti Viktor Yuşşenko özünün və ailə üzvlərinin ünvanına daim hədələr səsləndirildiyini bildirir. Bu barədə prezident Kanevdə mətbuat konfransında bildirib.

"Hər səfər öncəsi qəsd və təhlükələr barədə telefon zəngləri və məktublar daxil olur" - deyə Yuşşenko bildirib. "Amma bu mənə həmin şəxslərin istədiyi kimi təsir etmir"- deyə o əlavə edib.

O vurğulayıb ki, bütün hədələrə reaksiya versəydi, "o zaman normal həyat olmazdı".

"Mən daxil olan zənglər və məktublar barədə juranistlərə məlumat verməyə tələsmirəm" - deyən Yuşşenko əlavə edib ki, bunun zarafat olmadığını da başa duşur.

"Mən qorxudan əsməyəcəm. Bu, məni tutduğum yoldan döndərməyəcək və mən prezident səlahiyyətlərini layiqincə yerinə yetirəcəm" - deyə Yuşşenko bildirib.

Eyni zamanda o bildirib ki, iki il yarımdır ailəsinə çatdırılan yalanlardan əziyyət çəkir. "Lakin mənim şərəflə qazandığım ad var və mən bu adı şərəflə övladlarıma ötürmək istəyirəm" - deyə Yuşşenko bildirib.

Xəbər lenti

Xəbər lenti