...

RF-nin XİN rəhbəri RƏMS ilə bağlı ABŞ və Avropa ilə keçiriləcək məsləhətləşmələrin nəticə verəcəyinə ümid edir

Dünya xəbərləri Materials 3 Sentyabr 2007 17:25 (UTC +04:00)
RF-nin XİN rəhbəri RƏMS ilə bağlı ABŞ və Avropa ilə keçiriləcək məsləhətləşmələrin nəticə verəcəyinə ümid edir

Rusiya XİN-in rəhbəri Sergey Lavrov ümid edir ki, Rusiya, ABŞ və Avropa arasında RƏMS ilə bağlı məsləhətləşmələr tərəfləri qane edəcək nəticə verəcək.

"Ümid edirik ki, Rusiya, ABŞ və Avropa arasında məsləhətləşmələr tərəfləri qane edəcək bir nəticə verəcək" - deyə Lavrov bazar ertəsi Moskvada Moskva Dövlət Universitetinin tələbələri və professor heyəti qarşısında çıxışı zamanı bildirib, "İntefaks"ın yaydığı məlumatda belə deyilir.

O, artmaqda olan təhlükə və hədələrlə mübarizənin qarşısını təkbaşına almağın səmərə vermədiyini nəzərə çatıdırıb.

Nazir Almaniya kansleri Angela Merkelin sözlərini sitat gətirərək bildirib ki, etimadı qazanmaq üçün on illər, onu itrimək üçün isə bir saat tələb olunur. Lavrov bu fikirlə razı olduğunu bildirib.

O "geosiyasi təkliyin" səmərəsiz olduğunu bəyan edib.

"Dünyanın bacarıqlı Rusiyaya ehtiyacı var" - deyə Lavrov bildirib.

Xəbər lenti

Xəbər lenti