...

Sərnişin avtobusu ağır yol qəzası törədib - xəsarət alanlar var

Hadisə Materials 24 Noyabr 2015 09:17 (UTC +04:00)
Bu gün səhər saatlarında Abşeron rayonunun Novxani qəsəbəsi ərazisində dəhşətli avtobus qəzası baş verib.
Sərnişin avtobusu ağır yol qəzası törədib - xəsarət alanlar var

Bakı. Samir Məmmədov - Trend:

Bu gün səhər saatlarında Abşeron rayonunun Novxani qəsəbəsi ərazisində dəhşətli avtobus qəzası baş verib. "20 yanvar-Novxanı" marşrutu üzrə hərəkət edən 35 saylı xətdə hərəkət edən sərnişin avtobusu Novxanı qəsəbəsi istiqamətində idarəetməni itirərək yoldan kənara çıxıb.

Trend-in hadisə yerindən verdiyi məlumata görə, hadisə yerinə təcili-tibbi yardım maşınları və yol polisi cəlb edilib. Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti