...

Azərbaycanda Qafqaz Albaniyasında xristianlığın rəsmi dövlət dini kimi qəbul edilməsinin 1700 illiyi qeyd olunur (FOTO)

Cəmiyyət Materials 3 Avqust 2013 11:32 (UTC +04:00)
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi (DQİDK) və Azərbaycan Respublikası Alban-Udi Xristian İcmasının təşkilatçıılığı ilə Qəbələ rayonunun Nic qəsəbəsində “On il dirçəişdə” adlı bayram keçirilir
Azərbaycanda Qafqaz Albaniyasında xristianlığın rəsmi dövlət dini kimi qəbul edilməsinin 1700 illiyi qeyd olunur (FOTO)

Azərbaycan, Bakı, 3 avqust /Trend, müxbir İ.İzzət/

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi (DQİDK) və Azərbaycan Respublikası Alban-Udin Xristian İcmasının təşkilatçıılığı ilə Qəbələ rayonunun Nic qəsəbəsində "On il dirçəlişdə" adlı bayram keçirilir. Tədbir Alban-udi kilsəsinin dirçəlişinin 10 illiyinə və Qafqaz Albaniyasında xristianlığın rəsmi dövlət dini kimi qəbul edilməsinin 1700 illiyinə həsr olunub.

Trend xəbər verir ki, Nic qəsəbəsinin Müqəddəs Yelisey adına Cotari Kilisəsində keçirilən tədbirdə çıxış edən Alban-Udin Xristian İcmasının sədri Robert Mobili bilidirb ki, 170 il bundan əvvəl Rusiya çarı tərəfindən Alban Kilsəsi Erməni-Qriqorian Kilsəsinin birbaşa tabeliçiyinə verilib. Lakin udinlər öz dili, mədəniyyəti və Alban Kilsəsinə etiqadını saxlamaq üçün bu tabeçilikdən imtina edərək kilsəyə getməyib, ibadətlərini evlərində ediblər. Sovet dövründə isə dini ibadət prosesi müxtəlif təzyiqlər altında səngiyib və kilsələr başqa məqsədlər üçün istifadə olunub. Nəhayət, Azərbaycan müstəqillik qazandıqdan sonra udinlər bu istiqamətdə müəyyən dirçəlişə nail olublar.

Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra udilərin ilk addımı 2003-cü ildə dövlət qeydiyyatından keçməsi olub. Bundan sonra kilsələrin bərpasında və dini ibadətlərin keçirilməsi istiqamətində işlər görülməyə başlanılıb. Bu çərçivədə 2003-cü ildə Qafqazın ən qədim kilsələrindən biri olan Şəki rayonundakı Kiş məbədi bərpa olunub, 2006-cı ildə isə Qəbələ rayonunun Nic qəsəbəsində yerləşən 3 xristian mədəbindən biri - Müqəddəs Yelisey adına Cotari Kilsəsi bərpa olunub və icmanın istifadəsinə verilib:

"Udinlərin tarixi vətəni Azərbaycandır. Udinlər Qafqazda xristianlığı ilk dəfə qəbul edən etnoslardan biridir. Alban çarı Urnayr 313-cü ildə xristianlığı rəsmi dövlət dini kimi elan edib. Bununla qədim Azərbaycan ərazilərində xristianlıq təşəkkül tapmağa başlayıb. Azərbaycan müstəqilliyini əldə etdikdən sonra isə tarixi ədalət öz yerini tapdı və Alban-udin kilsəsi bərpa olundu. Bu gün udinlər Alban Apostol Avtokefal Kilsəsinin zəngin dini-mədəni irsinin varisləri hesab olunur. Lakin gələcəkdə Azərbaycanda bu kilsənin daha da dirçəlişi üçün əlavə dəstəyə ehtiyacı var."

İcma sədri qeyd edib ki, hazırda udinlərin kompakt şəraitdə yaşadığı Nic qəsəbəsində abadlıq və quruculuq işləri aparılır. Son 10 il ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu qəsəbəyə 2 dəfə səfər etməsi isə dövlət tərəfindən icmaya göstərilən diqqət və qayğının bariz nümunəsidir.

Tədbirdə çıxış edən Bakı və Azərbaycan Rus Pravoslav Kilsəsinin Arxiyepiskopu Aleksandr Ata qeyd edib ki, Azərbaycanda milli-mənəvi dəyərlərin saxlanılmasına ciddi diqqət yetirilir: "Çoxmillətlilik bizim var-dövlətimizdir. Azərbaycanda bu rəngarəngliyin qorunmasına dövlət səviyyəsində xüsusi diqqət və qayğı var. Alban-udin kilsəsinin bərpa edilməsi də bu diqqətin bariz nümunəsidir. Çünki bu məbəd bu qədim tarixin daşıyıcılarından biridir."

Bayram tədbirində iştiak edən Bakı və Azərbaycan Rus Pravoslav Kilsəninin Arxiyepiskopu Aleksandr Ata, Rusiya Federasiyası Volqoqrad vilayəti udin icmasının sədri professor Riçard Danakari, Gürcüstann Kvareli rayonunda kompakt halda yaşayan udi icmasnın sədri Mamuli Neşumaşvili, Roma Katoik Kilsənin Azərbaycandakı səlahiyyətli Vladimir Fekete, Azərbaycan Respublikası Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, Qafqaz Müsəlmanları İdarəsinin bölgə üzrə nümayəndəsi, o cümlədən diplomatik korpusun Azərbaycandakı təmsilçiləri, o cümlədən digər qonaqlar Alban-udin klisəsinin yenidən fəaliyyətə başlamasını mühüm hadisə adlandırıblar. Bildirilib ki, Azərbaycanda xristianlğın təşəkkül tapmasının 1700 illiyinin qeyd edilməsi tolerantlığın bütün dünyaya nümunə ola biləcəyini bir daha sübut edir.

Tədbir çərçivəsndə "10 il dirçəlişdə" adlı foto-sərgi təşkil olunub. Bundan əlavə, qonaqlara Alban-udin kilsəsinin tarixini əks etdirən müxtəlif nəşrlər tədim olunub. Bayram tədbiri mədəni proqramla davam edib.

Axşam isə bayram çərçivəsində Azərbaycanda dini tolerantlıq nümunəsi olaraq Cotari Kilsəsinin həyətində qəsəbənin müsəlman icması üçün iftar süfrəsi açılacaq.

Qeyd edək ki, Nic qəsəbəsində Cotari kilsəsindən başqa Göy və Bulun adlı kilsələr də var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti