...

170 milyon manatı mənimsəyən iş adamının həbs müddəti uzadıldı

Cəmiyyət Materials 20 Fevral 2016 12:09 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Bankından 170 milyon kredit götürərək mənimsəməkdə təqsirləndirilən, “Azərbaycan Consaltinq Qrup” MMC-nin rəhbəri Erhan Cavad Yavuz barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.
170 milyon manatı mənimsəyən iş adamının həbs müddəti uzadıldı

Bakı. Samir Əli - Trend:

Azərbaycan Beynəlxalq Bankından 170 milyon kredit götürərək mənimsəməkdə təqsirləndirilən, "Azərbaycan Consaltinq Qrup" MMC-nin rəhbəri Erhan Cavad Yavuz barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb. Trend-in məlumatına görə, Erhan Cavad Yavuzun həbs müddəti Nərimanov rayon Məhkəməsinin qərarı ilə daha 3 ay artırılıb.

Qeyd edək ki, "Azərbaycan Consaltinq Qrup" MMC-nin rəhbəri Erhan Cavad Yavuzun həbs müddəti sonuncu dəfə ötən il noyabrın 19-da 3 ay artırılmışdı.

Xatırladaq ki, Erhan Cavad Yavuz Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi təqsirləndirilərək barəsində həbs qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti