...

Bakcell: Azercell-in sistemində texniki problem var

Telekommunikasiya Materials 15 Yanvar 2016 20:18 (UTC +04:00)
Yanvarın 15-də saat təxminən 14:15-dən etibarən “Bakcell” nömrələrindən "Azercell" nömrələrinə zəng getməməsi ilə bağlı Bakcell-ə çoxsaylı şikayətlər daxil olur.
Bakcell: Azercell-in sistemində texniki problem var

Bakı. Trend:

Yanvarın 15-də saat təxminən 14:15-dən etibarən "Bakcell" nömrələrindən "Azercell" nömrələrinə zəng getməməsi ilə bağlı Bakcell-ə çoxsaylı şikayətlər daxil olur.

"Bakcell" şirkətindən Trend-ə verilən məlumata görə, şikayətlər, əsasən, "Azercell" abunəçilərinə edilən zənglərin tez-tez kəsilməsi bütün xətlərin məşğul olması və zəng vuran zaman digər abunəçilərin telefon danışığının eşidilməsi ilə bağlıdır.

"Bakcell" bununla əlaqədar olaraq abunəçilərinin nəzərinə çatdırır ki, bunun səbəbi digər mobil operatorun sistemində baş vermiş texniki problemlə əlaqədardır: "Ümid edirik ki, qarşı tərəf problemin tezliklə həll edilməsinə nail olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti