...

Bakıda gənclər arasında baş verən kütləvi davanın iştirakçıları dindirilir

Hadisə Materials 3 Mart 2012 11:10 (UTC +04:00)
Suraxanı rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, hazırda davada iştirak edən gənclərin ifadələri alınır.
Bakıda gənclər arasında baş verən kütləvi davanın iştirakçıları dindirilir

Azərbaycan, Bakı, 3 mart / Trend müxbir K.Zərbalıyeva/

Bakıda dünən gənclər arasında baş verən kütləvi davanın iştirakçıları dindirilir.

Suraxanı rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, hazırda davada iştirak edən gənclərin ifadələri alınır.

Prokurorluqdan bildirilib ki, dünən axşam saatlarında paytaxtın Qaraçuxur qəsəbəsində iki məhəllənin gəncləri arasında baş verən davada bıçaqlananlardan üçü qardaşdır.

Onlar 24 yaşlı Orxan Xamıyev aldığı xəsarətdən xəstəxanada keçinib, Kamran Xamıyev və Fərrux Xamıyev xəstəxanaya yerləşdiriliblər.

Hadisəyə orta məktəbdə oxuyan Kamran Xamayev ilə hələlik adı açıqlanmayan digər məktəbli arasında baş verən mübahisə səbəb olub.

Sonradan yeniyetmələr məktəbin kənarda aralarında baş verənləri aydınlaşdırmaq üçün öz tanışlarını, yaxınlarını söhbətə cəlb ediblər. Gənclər arasında baş verən münaqişə sonda bıçaqlanma ilə nəticələnib.

Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti