Bakı. Trend:
Türkiyənin sabiq Prezidenti Abdullah Gülün köməkçisi general-mayor İsmayıl Güneşer hərbi çevrilişə cəhdlə əlaqədar həbs olunub.
Trend-in "Haber7" qəzetinə istinadən verdiyi məlumata görə, İ.Güneşer Boluda II Desant Alayına komandanlıq edib.
O, Konstitusiyanı pozmaqda və terror təşkilatına üzv olmaqda ittiham olunur.
Xatırladaq ki, iyulun 15-dən 16-na keçən gecə Türkiyədə dövlət çevrilişinə cəhd olub.