Bakı. Trend:
ABŞ-nin Çin məhsullarına tətbiq etdiyi 145 faiz gömrük rüsumları azaldıla bilər.
Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp cümə axşamı Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Müəyyən bir nöqtədə onların (rüsumların) daha da yüksəlməsini istəmirəm, çünki müəyyən bir nöqtədə elə vəziyyət yaranacaq ki, insanlar məhsulları almayacaqlar. Ona görə, mən onları daha da yüxarı qaldırmaq istəmərəm və ya hətta müəyyən səviyyəyə qaldırmaq istəmərəm. Mən onları aşağı salmağını istəyə bilərəm ki, insanlar məhsulları ala bilsinlər", - deyə ABŞ prezidenti bildirib.
O, Çinlə ticarət vəziyyəti həll olunana qədər "TikTok" ilə bağlı razılaşmanı təxirə salmaq niyyətində olduğunu vurğulayıb. “TikTok üzrə razılaşmamız var, lakin bu, Çindən asılı olacaq, ona görə də hər şey düzələnə qədər razılaşmanı təxirə salacağıq", - deyə o əlavə edib.