Bakı. Trend:
Fransa, ABŞ, Böyük Britaniya, Almaniya və Ukrayna nümayəndələrinin Ukrayna münaqişəsinin nizamlanması üzrə görüşü gələn həftə Londonda keçiriləcək.
Trend-in məlumatına görə, bu barədə Yelisey sarayıdan bildiriblər.
"Bu məsləhətləşmələrin gələn həftə Londonda davam etdirilməsi ilə bağlı razılıq əldə olunub", - deyə qeyd olunub.
Bildirilib ki, Londonda məsləhətləşmələri ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff əlaqələndirəcək.
"Məqsəd ən qısa zamanda tam atəşkəsə nail olmaqdır", - deyə bildirilib.