...

“Nezavisimiya qazeta”: “I Avropa Oyunları Azərbaycanın zəngin mədəniyyətini dünyaya nümayiş etdirmək üçün daha bir şans olacaq”

Baku 2015 : EUROGAMES Materials 8 İyun 2015 11:40 (UTC +04:00)
İyunun 12-də Bakıda start götürəcək I Avropa Oyunlarına Avropanın 50 ölkəsindən müxtəlif mədəniyyət və dinin nümayəndəsi olan 6 mindən çox idmançı gələcək.
“Nezavisimiya qazeta”: “I Avropa Oyunları Azərbaycanın zəngin mədəniyyətini dünyaya nümayiş etdirmək üçün daha bir şans olacaq”

Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbir Aygün Bədəlova/

İyunun 12-də Bakıda start götürəcək I Avropa Oyunlarına Avropanın 50 ölkəsindən müxtəlif mədəniyyət və dinin nümayəndəsi olan 6 mindən çox idmançı gələcək. Trend-in məlumatına əsasən, bu barədə "Nezavisimiya qazeta" yazır: "Çoxmillətli və çoxdinli əhalisi olan Azərbaycan üçün qarşıdan gələn Oyunlar ölkənin zəngin mədəniyyətini, adət və ənənələrinin müxtəlifliyini, Azərbaycan xalqının tolerantlığını bütün dünyaya nümayiş etdirmək üçün daha bir şans olacaq".

Məqalədə daha sonra qeyd edilir ki, Azərbaycan azərbaycanlıların üstünlük təşkil etdiyi dövlətdir, lakin ölkəni monoetnik adlandırmaq olmaz. Burada ləzgilər, avarlar, talışlar, tatarlar, türklər və digər xalqların nümayəndələri də yaşayır, ancaq ən böyük icma rus icmasıdır: "İyunun 12-dən milli və dini mənsubiyyətindən asılı olmayaraq, Avropa və bütün dünya Azərbaycan paytaxtında keçiriləcək və iyunun 28-də başa çatacaq idman yarışlarını izləyəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti