Azərbaycan, Bakı, 11 iyun /Trend/
Belarus Prezidenti Aleksandr Lukaşenko iyunun 11-13-də Azərbaycana işgüzar səfərə gələcək. Trend-in "Belta"ya istinadən verdiyi xəbərə görə, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Dövlət başçısı birinci Avropa Oyunlarının rəsmi açılış mərasimində iştirak edəcək.
Bundan başqa, Belarus Prezidenti bir sıra ikitərəfli görüşlər keçirəcək və Bakıdakı idman obyektlərinə baş çəkəcək.