...

MOK Avropa Oyunlarının ilk azərbaycanlı qalib və mükafatçılarını təbrik edir (FOTO)

Baku 2015 : EUROGAMES Materials 14 İyun 2015 14:28 (UTC +04:00)
Bu gün Azərbaycan Milli Olimpiya Komitəsində (MOK) I Avropa Oyunlarının ilk azərbaycanlı qalib və mükafatçılarının təntənəli təbrik edilməsi mərasimi keçirilib.
MOK Avropa Oyunlarının ilk azərbaycanlı qalib və mükafatçılarını təbrik edir (FOTO)

Azərbaycan, Bakı, 14 iyun /Trend/

Bu gün Azərbaycan Milli Olimpiya Komitəsində (MOK) I Avropa Oyunlarının ilk azərbaycanlı qalib və mükafatçılarının təntənəli təbrik edilməsi mərasimi keçirilib.

Trend-in məlumatına görə, tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov və MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə Azərbaycanda I Avropa Oyunlarının böyük önəmini qeyd ediblər və əlavə ediblər ki, Oyunlar bütün dünyada böyük rezonans doğurub.

A.Rəhimov və Ç.Hüseynzadə I Avropa Oyunlarının ilk azərbaycanlı qalib və mükafatçılarına xatirə hədiyyələri verib və idmançılarımıza gələcəkdə uğurlar arzulayıblar.

Ardından azərbaycanlı qalib və mükafatçılar nar ağacının qızıl, gümüş və bürünc medallarını tərənnüm edən simvolik bəhrələri üzərində imza atıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti