...

Britaniyalı jurnalist: Avropa Oyunları çərçivəsində bütün işlər çox yüksək səviyyədə görülüb

Baku 2015 : EUROGAMES Materials 14 İyun 2015 18:34 (UTC +04:00)
"Birinci Avropa Oyunları Avropada idmanın inkişafı üçün mühüm əhəmiyyət kəsb edir və bu Oyunlara ev sahibliyi etməklə Azərbaycan idmanın inkişafı üçün gözəl imkan yaradır".
Britaniyalı jurnalist: Avropa Oyunları çərçivəsində bütün işlər çox yüksək səviyyədə görülüb

Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir Elçin Mehdiyev/

"Birinci Avropa Oyunları Avropada idmanın inkişafı üçün mühüm əhəmiyyət kəsb edir və bu Oyunlara ev sahibliyi etməklə Azərbaycan idmanın inkişafı üçün gözəl imkan yaradır".

Bunu Trend-ə Avropa Oyunlarını işıqlandırmaq üçün Bakıya gəlmiş Böyük Britaniyadan olan jurnalist Stiv Flin deyib.

S.Flin bildirib ki, Bakıda çox böyük işlər görülüb: "Bakıya gələndə təəccübləndim. Avropa Oyunları çərçivəsində bütün işlər çox yüksək səviyyədə görülüb. Hava limanına çatan kimi bütün bütün prosedurlar, o cümlədən akkreditasiya işləri çox sürətlə yerinə yetirilir, nəqliyyat sistemi çox yaxşı işləyir və idman arenaları fantastikdir. Bu mənim Azərbaycana ikinci səfərimdir. Ötən il Avropa Taekvando Çempionatını işıqlandırmaq üçün Azərbaycana gəlmişdim. O vaxtdan indiyə qədər, yəni bir il ərzində Bakıda çox böyük dəyişiklik baş verib. Hava limanında yeni terminal tikilib, yeni və müasir idman arenaları inşa olunub. Avropa Oyunlarının təşkili üçün xeyli iş görülüb".

Bəzi dairələrin, o cümlədən bir sıra jurnalistlərin Avropa Oyunlarını siyasiləşdirməsi məsələsinə gəlincə isə S.Flin bildirib ki, jurnalistlər ilk növbədə diqqəti idmana yönəltməlidir: "Bura 6 minə qədər idmançı yarışmağa gəlir və biz onları dəstəkləməliyik, atletlərin yarışlarını təşviq etməliyik. Düşünürəm ki, hər kəs, hər bir millətdən olan jurnalist ilk növbədə diqqəti idmana yönəltməlidir".

O, əlavə edib ki, bu Oyunlar, eyni zamanda, Azərbaycanı yalnız Avropada deyil, bütün dünyada təşviq etmək üçün yaxşı imkandır: "Bu tədbir həm də idmançılara gələcək Olimpiya Oyunlarına vəsiqə qazanmaq üçün bir şansdır və biz bunu yüksək qiymətləndirməliyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti