...

Azərbaycanın kişilərdən ibarət gimnastika yığması bürünc medal qazandı (FOTO)

Baku 2015 : EUROGAMES Materials 15 İyun 2015 17:10 (UTC +04:00)
Oleq Stepko, Eldar Səfərov və Petro Paxnyukdan ibarət Azərbaycan komandası 174.195 xalla üçüncü yerdə qərarlaşıb.
Azərbaycanın kişilərdən ibarət gimnastika yığması bürünc medal qazandı (FOTO)

Azərbaycan, Bakı, 15 iyun /Trend, müxbir Elçin Mehdiyev/

Bakı-2015 Avropa Oyunlarında kişilər arasında idman gimnastikası üzrə çöxnövçülükdə komanda yarışları yekunlaşıb.

Trend-in məlumatına görə, birinci yeri 178.963 xalla Rusiya komandası, ikinci yeri isə 177.429 xalla Ukrayna komandası tutub.

Oleq Stepko, Eldar Səfərov və Petro Paxnyukdan ibarət Azərbaycan komandası 174.195 xalla üçüncü yerdə qərarlaşıb.

Ümumilikdə finalda 26 ölkənin gimnastları mübarizə aparırdı.

Beləliklə, Azərbaycan Avropa Oyunlarında qazandığı medalların sayını 14-ə çatdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti