...

Avropanın tanınmış saytında Avropa Oyunları ilə bağlı maraqlı şəkillər (FOTO)

Baku 2015 : EUROGAMES Materials 20 İyun 2015 11:36 (UTC +04:00)
Avropanın 7 nüfuzlu ölkəsinin peşəkar fotoqraflarını özündə birləşdirən epa.eu saytı Azərbaycanda keçirilən Bakı 2015 Birinci Avropa oyunlarının Taekvando yarışlarından gözoxşayan görüntülər yerləşdirib.
Avropanın tanınmış saytında Avropa Oyunları ilə bağlı maraqlı şəkillər (FOTO)

Azərbaycan, Bakı, 20 iyun /Trend, müxbir Aygün Bədəlova/

Avropanın 7 nüfuzlu ölkəsinin peşəkar fotoqraflarını özündə birləşdirən epa.eu saytı Azərbaycanda keçirilən Bakı 2015 Birinci Avropa Oyunlarının taekvando yarışlarından gözoxşayan görüntülər yerləşdirib.

Trend-in məlumatına görə, fotosessiyada bu idman növündə yarışan qadın və kişi taekvandoçuların oyun zamanı qeydə alınan maraqlı anları yer alır.

Fotoqraf Maksim Şipenkov Azərbaycan da daxil olmaqla bir sıra ölkələrin idmançılarının yarış anlarını fotoaparatın yaddaşına həkk edib.

Qeyd edək ki, Avropanın epa.eu saytı Hollandiya,Portuqaliya, İtaliya, Fransa, Belçika ,Almaniya və İspaniyanın fotomüxbirlərinin birliyindən yaranıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti