...

Almaniya idmançısı: I Avropa Oyunlarında iştirak etmək vacibdir

Baku 2015 : EUROGAMES Materials 22 İyun 2015 09:45 (UTC +04:00)
Bakıda I Avropa Oyunlarında iştirak etməkdə məqsəd medal qazanmaq deyil.
Almaniya idmançısı: I Avropa Oyunlarında iştirak etmək  vacibdir

Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir Hüseyn Vəliyev/

Bakıda I Avropa Oyunlarında iştirak etməkdə məqsəd medal qazanmaq deyil. Bu barədə Trend-ə I Avropa Oyunlarında suya tullanma yarışlarında Almaniyanı təmsil edən atlet Çao-Tre Li Nquyen deyib.

Xatırladaq ki, Ç.L.Nquyen platformadan suya tullanma yarışlarında 439,30 xal toplamaqla adını final mərhələsinə yazdıra bilmişdi.

İdmançı bildirib ki, əsas məqsəd oyunlarda iştirak etməkdir: "Burada iştirak etmək çox vacib məsələdir. Buna səbəb yüksək səviyyədə təşkil edilmiş yarışların əhəmiyyətli olmasıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti