Azərbaycan, Bakı, 26 iyun /Trend, müxbir Azad Həsənli/
"Bakıda I Avropa Oyunlarında hakimlik çox yüksək səviyyədədir".
Bu barədə Trend-ə Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov Bakıda keçirilən mətbuat konfransı zamanı I Avropa Oyunlarında Ermənistan idmançılarının xüsusilə Rusiya təmsilçiləri ilə görüşlərdə hakimliklə bağlı iddialarını şərh edərkən deyib.
O, Oyunlarda hakimlərin nəinki Avropadan, eyni zamanda, bütün dünyadan cəlb olunmasının yaxşı hal olduğunu qeyd edib: "Hakimlik yüksək səviyyədədir. Əlbəttə, hakimlərin səhv etdiyi məqamlar olur. Ancaq məncə, burada hər şey obyektiv qiymətləndirilib".