...

Xarici media: “Bakı 2015-in bağlanış mərasimi daha təntənəli olacaq”

Baku 2015 : EUROGAMES Materials 27 İyun 2015 13:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 iyun /Trend/

Xarici media İlk Avropa Oyunlarının bağlanış mərasiminin də yüksək səviyyədə keçirələcəyini yazır.

Trend-in məlumatına görə, "aroundtherings.com" saytında bildirilir ki, hazırda bütün diqqət Bakı Olimpiya Stadionuna yönəlib. Hər kəs açılış mərasimində olduğu kimi, finalda da əsrarəngiz şou gözləyir".

Məqalədə o da vurğulanır ki, bağlanış mərasimində böyük alov şousu nəzərdə tutulur: "Bu şounu 10 minlərlə insan canlı, 800 milyondan çox tamaşaçı isə efir vasitəsilə izləyəcək".

Sayt Gənclər və İdman naziri Azad Rəhimova istinadən yazır ki, "Bakı 2015"ə ev sahibliyi etməklə Azərbaycan dünya idman tarixində yeni səhifə açdı və bununla Azərbaycan həm də növbəti beynəlxalq idman yarışlarının başlanğıc meydanı olmaq imkanı qazandı."

"Avropa Oyunlarının bağlanış mərasimini təşkil etmək mənim üçün böyük şərəfdir. Bu, çox zovqvericidir, çünki bu tədbir ilk dəfədir keçirilir. Biz müasirliklə qədimiliyin sintezini ortaya qoymuşuq. Və çox maraqlı alınıb", - bağlanış mərasiminin bədii direktoru, 25 illik təcrübəyə malik olan Ceyms Hedli belə deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti