...

Azərbaycanın məşhur rəssamlarının əsərləri pulsuz sığortalanıb

Mədəniyyət Materials 21 Fevral 2011 13:33 (UTC +04:00)
Azərbaycanın məşhur rəssamlarının əsərləri "Standard Insurance" sığorta şirkəti tərəfindən pulsuz sığorta olunub.
Azərbaycanın məşhur rəssamlarının  əsərləri pulsuz sığortalanıb

Azərbaycan, Bakı, 21 fevral /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın məşhur rəssamlarının əsərləri "Standard Insurance" sığorta şirkəti tərəfindən pulsuz sığorta olunub.

Sığortalanmış rəsm əsərləri "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən satın alınıb.

İdarədən bazar ertəsi Trend-ə verilən məlumata görə, rəsm əsərlərinin sığortalanmasında məqsəd mədəni irsimizin qorunub saxlanaraq gələcək nəsillərə ötürülməsidir.

Sığortalanan rəsm əsərləri arasında Toğrul Nərimanbəyovun "Bakı Qədim Şəhər", Tofiq Kərimovun "Qız Qalası", Elbəy Rzaquliyevin "Şirvanşahlar Sarayı" və "Köhnə Küçə", Hafiz Məmmədovun "Qoşa Qapı", Rafiq Mehdiyevin "İçərişəhərdə", Eyyub Məmmədovun "Şirvanşahlar", Mahmud Tağıyevin "İçərişəhər", Böyükağa Mirzəzadənin "Qala" və "Qız Qalası" kimi əsərləri yer alır.

Milli rəssamlıq sənətimizin inkişafında xüsusi xidmətləri olan bu istedadlı sənətkarların İçərişəhərin tarixi abidələri və müxtəlif görüntüləri əks olunan əsərlərində bu qədim məkanın tarixi ruhu rəsm dili ilə özünəməxsus tərzdə ifadə olunub.

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi özəl şirkətlərin Azərbaycanın tarixinə, mədəni irsinə və incəsənətinə göstərdikləri qayğını təqdir edir və gələcəkdə bu cür təşəbbüsləri dəstəkləməyə hazır olduğunu bildirir.

Xəbər lenti

Xəbər lenti