...

Tanınmış kinorejissor infarkt keçirib (FOTO)

Mədəniyyət Materials 9 Mart 2011 15:50 (UTC +04:00)
İranın tanınmış kinorejissoru Məsud Kimiai infarkt keçirib. Trend İranın www.mehrnews.com xəbər agentliyinə istinadən xəbər verir ki, Tehranın "Dey" xəstəxanasında yerləşdirilən kinorejissorun müalicəsi həkimlərin ciddi nəzarəti altında aparılır.
Tanınmış kinorejissor infarkt keçirib (FOTO)

Azərbaycan, Bakı, 9 mart /Trend, müxbir Ş.Cavadsoy/

İranın tanınmış kinorejissoru Məsud Kimiai infarkt keçirib. Trend İranın www.mehrnews.com xəbər agentliyinə istinadən xəbər verir ki, Tehranın "Dey" xəstəxanasında yerləşdirilən kinorejissorun müalicəsi həkimlərin ciddi nəzarəti altında aparılır. Saytın yazdığına görə, ürək damarlarındakı tutulmalar Məsud Kimiai xəstəxanaya müraciət etməyə vadar edib. Martın 8-dən müalicə olunan kinorejissorun təhlükəni adladığı və vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Məlumat üçün bildirək ki, Məsud Kimiai 1941-ci ildə Tehran şəhərində anadan olub. Kino ictimaiyyəti bu imzanı təkcə rejissor kimi yox, həm də ssenarist və prodüser kimi yaxşı tanıyır. Kimiai karyerasına rejissor köməkçisi kimi başlasa da, kinorejissor kimi ilk filmi olan "Come Stranger"i 1968-ci ildə ekranlaşdırıb. Daha sonra o, "Gheysar", "Soltan", "Snake Fang", "Jorm" "Mohakeme dar khiaban", "Raees", "Hokm", "Sarbaz-haye jome", "Eteraz", "Faryad", "Mercedes" və başqa filmlərə quruluş verib. İranda keçirilən festivallarda aldığı bir çox mükafatlarla yanaşı, Məsud Kimiai çəkmiş olduğu "Snake Fang" filminə görə beynəlxalq "Berlin Film Festivalı"nda fəxri mükafata layiq görülüb.

Xəbər lenti

Xəbər lenti