...

Azərbaycan "Luna top dance" festivalında iştirak edəcək

Mədəniyyət Materials 17 Oktyabr 2012 15:13 (UTC +04:00)
Oktyabrın 26-28-də Rusiyanın Anapa şəhərində beynəlxalq "Luna top dance" festivalı keçiriləcək. Festivalda Rusiya və digər ölkələrin 50 şəhərindən komanda və kollektivlər iştirak edəcəklər.
Azərbaycan "Luna top dance" festivalında iştirak edəcək

Azərbaycan, Bakı, 17 oktyabr /Trend/

Oktyabrın 26-28-də Rusiyanın Anapa şəhərində beynəlxalq "Luna top dance" festivalı keçiriləcək. Festivalda Rusiya və digər ölkələrin 50 şəhərindən komanda və kollektivlər iştirak edəcəklər.

Trend Rusiya KİV-ə istinadən məlumat verir ki, Azərbaycan nümayəndə heyəti festivalda öz iştirakını artıq təsdiq edib. Festival iştirakçıları dörd istiqamət - "Su", "Hava", "Torpaq", və "Od" üzrə Qran-pri uğrunda mübarizə aparacaqlar.

Qaliblərin mükafatlandırılma mərasimi hər gün kollektiv və solistlərin çıxışından sonra keçiriləcək.

Oktyabrın 26-da Şərq rəqslərinin ifaçıları arasında müsabiqə keçiriləcək. Oktyabrın 27-də Şəhər teatrının səhnəsində müasir "küçə" qaydaları rəqqasları çıxış edəcəklər. Oktyabrın 28-də estrada, xalq və klassik çıxışlar nümayiş olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti